Neymar Messinin PSJ-yə keçidi ilə bağlı paylaşım edibbackend

Neymar Messinin PSJ-yə keçidi ilə bağlı paylaşım edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubunun futbolçusu Neymar ulduz futbolçu Lionel Messinin Paris təmsilçisinə keçidi barədə paylaşım edib.

TİA.AZ-ın məlumatına görə, 29 yaşlı hücumçu instaqramda Messi ilə birlikdə videosunu yayımlayıb.

Braziliyalı forvard videoda “Back together” (Yenidən birlikdə) yazıb.

Qeyd edək ki, Lionel Messi PSJ ilə müqavilə imzalamaq üçün Parisə yola düşüb. İspaniyanın “Barselona” klubu avqustun 5-də onunla yollarını ayırıb.

Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında Kataloniya təmsilçisindən keçib.