Nəyə görə saat 22:00-da yatmalıyıq? – Yuxunun hesablanmasıbackend

Nəyə görə saat 22:00-da yatmalıyıq? – Yuxunun hesablanması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Normada insan sutkada 8 saat gecə yuxusu almalıdır. Bir şərtlə ki, o saat 22:00-da yatağa girsin.
Bu vaxt çox vacibdir.
 
Bakupost.az xəbər verir ki, elmi araşdırmalara görə, insanın öz gücünü tam bərpa etməsi üçün 12 saat istirahət və yuxu lazımdır. Vacib deyil ki, 12 saatı yuxuya həsr edəsiz.
8 saat normal yuxu kifayətdir, amma əsas məqam saat neçədə yatmaqdır.
Bir çoxları gecə saatlarında yuxuya gedib, səhər 9-10da oyanaraq, 8 saatı başa vurduğundan arxayın olur. Lakin yuxu hesablamasına görə, insanın saat neçədə yatmasından asılı olaraq onun yuxu saatı hesablanır.
Belə ki, axşam saat 19-21 arası yatdıqda, bu müddət 6-7 saat yuxuya bərabərdir.
Saat 20 – 22 arası yatmaq 6 saat yuxu,
22 -24 arası yatmaq 4 saat yuxu,
gecə 12-dən 2-ə kimi yatmaq 2 saat yuxu,
gecə saat 2-4 arası yuxu isə cəmi 30 dəqiqə yuxuya bərabərdir.
Səhərəyaxın yatmaq isə cəmi 15 dəqiqə yuxu almaq deməkdir.
Göründüyü kimi, gecə 2-dən sonra yatmaq səhərə kimi 8 saat yuxu etmir. Saata baxdıqda siz 8 saat hesablaya bilərsiz, amma yuxu fazalarına görə orqanizm cəmi 1-2 saat yatmış hesab olunur.
Ən qiymətli və uzun vaxt saat 21-23 arasıdır. Əgər siz bu saatlarda yatsanız, sonra yatmasanız belə, elə hesab edilir ki, 6-7 saat yatmısız. Çünki məhz bu saatlar arası yuxuda orqanizm gücünü bərpa edir, beyin təmizlənir, hormonlar qaydasına düşür.
Düzgün vaxta yatmadıqda xroniki yuxusuzluq, yorğunluq sindromu başlayır, orqanizm məhv olur.
Müxtəlif sağlıq problemləri olan insanların yarıdan çoxu yuxusuzluqdan əziyyət çəkir. İnsanların 90%-i beyinə lazım olan vaxt yuxuda olmur, əksinə aktib həyat keçirir, restoranlarda yeyir, telefona baxır.
İnsan bədən və psixi sağlamlıq üçün hər gün tez, həm də eyni vaxtda yuxuya gedib eyni vaxtda oyanmalıdır.
100 gün ərzində heç vaxt saat 22:00-da yatmayan insannda həyəcan, qorxu, depresssiya, gücsüzlük, yaddaş pozuntusu, aqressiya, psixika ilə problemlər başlayır.