Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırırbackend

Netflix, TikTok, American Express Rusiyada xidmətləri dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada müharibəsilə bağlı Netflix və TikTok Rusiyada xidmətlərin çoxunu dayandırıblar. Martın 6-da American Express maliyyə şirkəti Rusiyada əməliyyatları dayandırdığını açıqlayıb.

TİA.AZ xəbər verir ki, TikTok yeni video postları və canlı striminqi bloklayıb. Netfilix də xidməti dayandırdığını bildirib, amma əlavə detalları açıqlamayıb. ABŞ-da yerləşən Netflix Rusiyada sövdələşmələri və orijinal proqram istehsalını daha əvvəl dayandırmışdı.

TikTok qadağanı işçilərinin və istifadəçilərinin təhlükəsizliyi, Rusiyanın yeni “saxta xəbər” qaydalarına əməl etməklə izah edib.