“Netflix” elan etdi: “Squid Game”in davamı olacaq!backend

“Netflix” elan etdi: “Squid Game”in davamı olacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Netflix”in ən çox izlənilən seriallarından biri olan və dünya səviyyəsində geniş izləyici kütləsinə sahib “Squid Game” serialının ikinci sezonu rəsmi olaraq təsdiqlənib.
Qaynarinfo xəbər verir ki, tamaşaçıların “Netflix”in indiyə qədərki ən populyar serialının ikinci mövsümünün davamı barədə suallarına “bunu əminliklə deyə bilərəm. Qarşıda daha çox həyəcanverici bölümlər görəcəksiniz. “Squid Game” kainatı hələ təzəcə başlayıb”,- deyə “Netflix”in baş icraçı direktoru Ted Sarandos bildirib.
Qeyd edək ki, Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini kəşf edirlər.