“Netflix”-dən yeni qadağa – şifrə paylaşmaq mümkün olmayacaqbackend

“Netflix”-dən yeni qadağa – şifrə paylaşmaq mümkün olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Netflix” şirkəti önümüzdəki günlərdə yeni bir qadağa gətirməyə hazırlaşır.

Valyuta.az Webtekno.com-a istinadən xəbər verir ki,  hazırda test mərhələsində olan yeni qaydaya görə, bundan sonra hər hansı bir istifadəçi Netflix profilinə daxil olmaq istəsə, profilin ona aid olduğunu təsdiqləmək məcburiyyətində qalacaq.

Şirkət rəsmiləri istifadəçilərin onlara ünvanladıqları çoxsaylı şikayətlərə görə bu qaydanı tətbiq etmək istədiklərini vurğulayıblar.

Belə ki, istifadəçi profilə daxil olarkən ona elektron poçt vasitəsiylə mesaj göndəriləcək və qarşı tərəfdən təsdiqlənmə tələb ediləcək. Bu baş verməzsə, istifadəçidən yeni bir profil yaratmaq tələb olunacaq.

Qeyd edək ki, hal-hazırki qaydalara görə, Netflix profili rəsmi bir istfadəçiyə aid olsa da, eyni anda ortaq şəkildə digər şəxslərin də profilə daxil olmasına imkan yaradır.