Tribuna İnformasiya Agentliyi

Netanyahudan çağırış – “İrana qarşı sanksiyalara qoşulun”

02 Dekabr

İsrailin Baş naziri Benyamin Netanyahu Avropa ölkələrini İrana təzyiqləri artırmağa və ABŞ-ın Tehrana qarşı sanksiyalarına qoşulmağa çağırıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Katibliyi məlumat yayıb.

“Avropa ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışır. Kursu dəyişdirməyin vaxtı gəldi. İrana təzyiqləri azaltmaq deyil, artırmaq lazımdır. ABŞ-a qoşulmaq və İrana qarşı sanksiyaları sərtləşdirməyin vaxtı gəldi” – məlumatda bildirilir.

Netanyahu qeyd edib ki, İran nüvə silahı istehsalı üçün uranı zənginləşdirməyə tələsərkən, Avropa ölkələri bu ölkəni güzəştlərlə sakitləşdirməyə çalışır.