Nəsrəddin Tusi küçəsinin sakinləri Xətai İcra Hakimiyyətinə müraciət etdibackend

Nəsrəddin Tusi küçəsinin sakinləri Xətai İcra Hakimiyyətinə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər paytaxtın Xətai rayonunda tikinti-quruculuq işləri başlanıb. Küçə və həyətlər təmir edilir, rayon ərazisində nümunəvi məhəllələr salınır, yeni istirahət parkları yaradılır.
Lakin tikinti-quruculuq və abadlıq işlər rayonun Nəsrəddin Tusi küçəsi 26 ünvanından yan keçib. Bu ünvanda sakinlərin istirahəti üçün heç bir şərait yoxdur. Bu barədə Azforum.a-a sakin Yaqub Axundov bildirib.
“İşdən yorğun gəlmiş sakinlər, və ya istirahət günləri həyətə düşənlərin oturub dincəlməsi üçün elementar imkanlar, uşaqların oyun yerləri yoxdur. Qonşu binalarda blokların girişi təmir edilir, yeni dəmir qapılar qoyulur. Lakin bu təmir və yenidənqurma işləri nədənsə bizim binadan yan keçib”-deyə, Y.Axundov bildirib.
Yaqub Axundov küçə sakinlərinin istəklərini Xətai Rayon İcra Hakimiyyətinə çatdırıb: “Sizdən xahiş edirik ki, Nəsrəddin Tusi küçəsi 26 ünvanında yerləşən təkbloklu 9 mərtəbəli yaşayış binasının girişinin təmir olunmasına, həyətdə sakinlərin istirahəti üçün əlverişli şəraitin yaradılmasına, oturaqcaqların qoyulmasına, söhbətgahların (besedka) yaradılmasına göstəriş verəsiniz. Ümid edirik ki, bina sakinlərinin müraciətinə müsbət cavab veriləcək”.
Qeyd edək ki, səhhəti ilə əlaqədar işləməyən Yaqub Axundov N.Tusi küçəsində, 29 nömrəli binanın həyətində öz təşəbbüsü ilə yaşıllıq sahəsi salıb. Həyətə ağac tingləri və gül kolları əkib. Yaqub Axundov yaşllığın, ağacların və gül kollarının suvarılmasını da öz hesabına həyata keçirir.
Nəsrəddin Tusi küçəsinin sakinləri Xətai İcra Hakimiyyətinə müraciət etdi