Nəsiminin icra başçısı şəhid ailələsini ziyarət etdibackend

Nəsiminin icra başçısı şəhid ailələsini ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Vətən Müharibəsi əlili Quluzadə Kamal Teyyub oğlunun ailəsi ziyarət olundu.

“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında ”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan Vətən müharibəsi əlilinə  Maştağa qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzil verilmişdir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları,  yeni mənzilə köçməsi ilə əlaqədar   Vətən Müharibəsi əlili Quluzadə Kamal Teyyub oğlunun ailəsini   ziyarət edərək,  ailəyə yeni mebel dəsti hədiyyə edib.

Ailə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.