Nəsimidə Uşaqlar Günü qeyd olundu – Fotolarbackend

Nəsimidə Uşaqlar Günü qeyd olundu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda da 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qazi və şəhid uşaqlarının, xüsusi qayğıya ehtiyacı olan uşaqların və 268 saylı xüsusi məktəbin uşaqlarının iştirakı ilə əyləncəli bayram tədbirləri keçirilib.

TİA.AZ xəbər verir ki, tədbir rayon ərazisində yerləşən Zabitlər Parkında və “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində keçirilərək, onların qayğıları ilə maraqlanılıUşaqlar müxtəlif növ uşaq-oyun elementlərindən istifadə edərək onlara hədiyyələr təqdim olunub.

Eyni zamanda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları 1 nömrəli Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqları da ziyarət edib, rayon İcra Hakimiyyəti tərəfindən onlara bayram sovqatları verilib. Sonda Nəsimi rayonunda yaşayan çox uşaqlı ailələrin evlərinə ziyarət olunub və uşaqlara bayram hədiyyələri təqdim olunub.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlib. Ulu Öndər dəfələrlə vurğulayıb ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.