Nəsimidə şəhid ailəsinin yaşadığı həyət abadlaşdırılaraq istifadəyə verildi – Fotolarbackend

Nəsimidə şəhid ailəsinin yaşadığı həyət abadlaşdırılaraq istifadəyə verildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Həmidağa Hüseynzadənin ailə üzvlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 28 saylı binanın həyətində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə şəhidin barelyefi vurulub.

TİA.AZ xəbər verir ki, hazırlanmış layihəyə uyğun olaraq 4 girişli, 5 mərtəbəli Asif Məhərrəmov küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın 4 ədəd giriş qapısı və pilləkən qəfəslərinin 16 ədəd pəncərəsi dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub, əlillərin rahat hərəkəti üçün panduslar quraşdırılıb.

Görülmüş işlər çərçivəsində həyətə 2000 kv.m. asfalt örtüyü, 200 kv.m. qazon, 250 kv.m. tamet vurulub, 200 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 50 ədəd həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 3 nöqtədə işıq dirəkləri quraşdırılıb, həyətdəki 150 p.m istinad divarları bərpa edilib.