Nəsimidə qanunsuz ağac kəsənlərlə bağlı polisə müraciət olundu – Fotolarbackend

Nəsimidə qanunsuz ağac kəsənlərlə bağlı polisə müraciət olundu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 may 2020-ci il tarixdə səhər saat 03:04 radələrində Nəsimi rayonu, Moskva prospekti 74 ünvanın qarşısında yol kənarında naməlum şəxslər tərəfindən qanunsuz olaraq 10 ədəd ağacın kəsilməsi aşkarlanıb.

TİA.AZ xəbər verir ki, kəsilmiş ağacların 99- GL-041 dövlət nömrə nişanlı “Mersedes” markalı yük avtomobilinə yığılaraq naməlum istiqamətdə daşındığı müəyyən edilib. Törədilmiş qanunsuzluqların araşdırılaraq ciddi tədbir görülməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Rayon Prokuroruna və Rayon Polis İdarəsinə müraciət edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər qurumlara məlumat verilib.