Nəsimidə Novruz bayramı qeyd edildi – Fotolarbackend

Nəsimidə Novruz bayramı qeyd edildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz bayramı münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirdə rayon sakinləri, Vətən Müharibəsi veteranları, əlliləri, aztəminatlı sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, Novruz xalq bayramıdır:

“Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ciddi işlər görülüb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb, BMT Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günü” barədə qətnamə qəbul edilib”.

Sonda tədbirdə iştirak edən vətəndaşların müraciətləri dinəlindi və bayram sovqatları paylanıldı.