Nəsimidə növbəti abad həyət sakinlərin istifadəsinə verildi – Fotolarbackend

Nəsimidə növbəti abad həyət sakinlərin istifadəsinə verildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nizami küçəsi 121 saylı binanın əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq 5 mərtəbəli 6 girişli, Nizami küçəsi 121 saylı binanın fasadında cari təmir işləri aparılıb.

Görülmüş işlər çərçivəsində binanın həyətində 1000 kv.m asfalt örtüyü, 100 kv.m-dən artıq qazon, 200 kv.m-ə yaxın tamet daşı vurulub, kiçik tullantıların atılması üçün 2 ədəd yeni zibil qutusu qoyulub, 100 p.m. istinad divarı bərpa olunub.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətindəki mövcud söhbətgah əsaslı təmir edilib, yeni oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri quraşdırılıb, şəxsi avtomobillərin saxlanılması üçün yerlər müəyyən olunub.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 100-dən artıq dekorativ kol və çiçəklər əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.

Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.