Nəsimidə Müəllimlər Günü qeyd olundu – Fotolarbackend

Nəsimidə Müəllimlər Günü qeyd olundu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbiri keçirilib. TİA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanda təhsilin son illərdəki inkişafından danışıb.

İcra başçısı Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib: “Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərib. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub”.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə təltif edilmiş Nəsimi rayon təhsil işçilərini də təbrik edərək onlara şərəfli peşələrində uğurlar arzulayıb.

Tədbirin sonunda iştirak edən təhsil işçilərinə, hərbi rəhbər müəllimlərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.