Nəsimidə iki binanın həyətində quruculuq işləri aparıldı – Fotolarbackend

Nəsimidə iki binanın həyətində quruculuq işləri aparıldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda daha iki yaşayış binasında və həyətlərində aparılan abadlıq-quruculuq işləri başa çatdırılıb.

TİA.AZ xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 8 girişli Alı Mustafayev küçəsi 3 və 5 mərtəbəli, 6 girişli Hüseyn Seyidzadə küçəsi 27a saylı binalarda və həyətlərində abadlıq, quruculuq-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq hər iki binanın fasadları, dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib, pilləkən qəfəsləri təmir olunub.

Təmir işləri zamanı ümumilikdə 14 ədəd giriş qapıları, 56 ədəd pəncərə dəyişdirilib, binaların giriş pilləkənləri aqlay daşla üzlənib, həyətlərinə söhbətgah və oturacaqlar qoyulub.

Binaların həyətlərində 3000 kv.m-dən artıq asfalt, 1000 kv.m-ə yaxın tamet daşları vurulub, 400 kv.m. istinad divarları bərpa edilib, yağış sularını axıdan xətlər çəkilib.

Həyətlərdə işıqlandırma sistemləri yenidən qurularaq 7 nöqtədə işıq dirəkləri quraşdırılıb.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.