Nəsimidə Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi – Fotolarbackend

Nəsimidə Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçirilib.

TİA.AZ  xəbər verir ki, simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin – mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edib.

Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XIII Beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiya Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, iqtisad elmləri doktoru, professor Azər Kərimov iştirak edib.

Konfransa onlayn olaraq qoşulan Tambov Dövlət Texniki Universitetinin dosenti, filologiya elmləri namizədi Nemtsova Nadejda Mixaylovna Azərbaycana, o cümlədən BSU-nun professor-müəllim heyəti və tələbələrinə salamlarını çatdıraraq konfransda iştirakından məmmnunluğunu ifadə edib.

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin və Azərbaycan Dillər Universietinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, təhsil, səhiyyə, mədəniyyət müəssisələri rəhbərlərinin, ictimai təşkilatların rayon şöbələri sədrlərinin, bir qrup Vətən müharibəsi şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, rayon ziyalılarının, veteranlarının, ictimaiyyət nümayəndələrinin və fəal gənclərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər” adlı geniş tədbir keçirilib.

Əvvəlcə Universitetin foyesində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Ulu bir sərkərdə, ulu bir öndər” adlı videoçarx nümayış etdirilib.