Nəsimidə gənclərin hərbi xidmətə yolasalınma mərasimi keçirildi – Fotolarbackend

Nəsimidə gənclərin hərbi xidmətə yolasalınma mərasimi keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalınması münasibətilə tədbir keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirdə rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrini, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi əlilləri və veteranları, yola salınan gənclər və onların ailə üzvləri iştirak ediblər.

Dövlət bayrağı gətirildikdən sonra tədbirdə əvvəlcə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin müşayiəti ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, hərbi marş sədaları altında həqiqi hərbi xidmətə yola düşən çağırışçılar səhnəyə daxil olublar.

Giriş sözü ilə mərasimi açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam – intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, dövlət-xalq-ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır. Tez-tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər”.

Tədbirin sonunda çağırışçılar müqəddəs Qurani- Kərimin altından keçib, üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salınıblar.