Nəsimidə əlillər günü ilə bağlı tədbir keçirildi – Fotolarbackend

Nəsimidə əlillər günü ilə bağlı tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Əlillər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 250 nəfər rayon sakini olan 1941-1945-ci il Böyük Vətən Müharibəsi əlillərinə, 20 yanvar əlilliərinə, Çernobıl əlillərinə, gözdən əllilərə, ümumi səbəbdən olan əllilərə və Nəsimi rayon ərazisində yaşayan müxtəlif dərəcəli aztəminatlı əlil ailələrinə ərzaq bağlamaları təqdim edilib.

TİA.AZ xəbər verir ki, eyni zamanda rayonunda Beynəlxalq Əlillər günü münasibətilə silsilə tədbirlər çərçicəsində Nəsimi Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində Nəsimi rayonunda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılıb.

Görüşdə məktəb rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya hər zaman göstərdikləri qayğıya, diqqətə görə dərin minnətdarlığını bildirib.