Nəsimidə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi – Fotolarbackend

Nəsimidə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib.

TİA.AZ xəbər verir ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid anaları, qazi ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açıb.

İcra başçısı iştirakçıları bayram münasibəti ilə təbrik edərək, 8 Mart – Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verib və bildirib ki, 1911-ci ildə Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub: “8 Mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunib. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Biz ana vətən, ana torpaq deyirik. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib”.

Daha sonra tədbirdə iştirak edən qadınlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.