Nəsimidə 4 səyyar qəbul keçirildi – Fotolarbackend

Nəsimidə 4 səyyar qəbul keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən 4 səyyar qəbul keçirilib.

TİA.AZ xəbər verir ki, 400-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 44 müraciət dinlənilib.

Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, görüləcək işlər vətəndaşlara geniş izah edilib, müraciətlərlə bağlı operativ tədbirlər görülərək müsbət həll olunub.

Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olub.