Nəsimidə 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilin yekunlarını müzakirə etdibackend

Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2019-cu ilin yekunları müzakirə edilib. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən nümayəndə Vaqif Zeynalov bildirib ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində nümayəndəliyin ərazisində də bir sıra abadlıq işləri aparılıb, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunub, “Abad həyət” və “Bizim Həyət” layihələri çərçivəsində geniş işlər görülüb, yeni yaşıllıq zolaqları salınıb.
Həmçinin, ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılıb, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülüb.

İnzibati ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatların uçotu, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı dəqiqləşdirilib, ev təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılıb. Bundan əlavə, ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar elektron sistemə daxil edilib.