Nəsimi rayonunda videoformatda müşavirə keçirilibbackend

Nəsimi rayonunda videoformatda müşavirə keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş videoformatda müşavirə keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimi” adlı videoçarx nümayış etdirilib.

Sonra tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq bildirdi ki, Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.

Natiq daha sonra qeyd edib ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik.

Sonra rayon İcra Hakimiyyəti Başçısı Aparatı kollektivinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi keçirilib.

İməcilik zamanı rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, park və bağlarda sanitar təmizlik işləri aparılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, Cavadxan küçəsi boyunca yaşıllıq zolağına 400-ə yaxın həmişəyaşıl ağaclar, M.Cəlal küçəsi boyunca parklara isə 3000-dən artıq müxtəlif növ gül kolları əkilib.