Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Novruzov Aqşin Şahin  oğlunun xatirə lövhəsinin açılışı oldubackend

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Novruzov Aqşin Şahin oğlunun xatirə lövhəsinin açılışı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda, Lütfi Zadə adına Texniki Humanitar Liseyinində rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının, şəhid Aqşin Novruzovun ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə“ medalları ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Novruzov Aqşin Şahin oğlunun xatirə lövhəsinin açılışı olub.

Əvvəlcə dövlət himni səslənib, ərazi bötövlüyü uğruna canından keçən şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Liseyin direktoru Kəmalə Mirzoyeva açaraq, tədbir iştirakçılarını salamladı və liseyin məzunu olmuş Aqşin Novruzovun xatirələrindən danışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki,  Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı  mənfur düşməndən azad etdi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız  bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.

Tədbirdə liseyin şagirdlərin ifasından şerlər və kompazisiyalar nümayiş etdirildi.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.