backend

Nəsimi rayonunda ümumrayon iməciliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumrayon iməcliyi zamanı rayonun 4-cü mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 1, 2B, 3, 4B, 16B ünvanlarında mövcud yaşıllıqlara qulluq göstərilmiş, yeni ağaclar əkildi.  
    
Ümumrayon iməcliyi zamanı rayonun 4-cü mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 1, 2B, 3, 4B, 16B ünvanlarında mövcud yaşıllıqlara qulluq göstərilmiş, yeni ağaclar əkildi.
    

4-cü mikrorayon ərazisində salınmış Mir Cəlal küçəsindəki parkda mövcud yaşıllıqlara xidmət göstərilmiş, parkın ərazisinə 6 mindən artıq gül kolları əkilmişdir.
      

 Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçirilən iməcilikdə 2000-dən artıq ağac əkilmiş, əvvəllər əkilmiş 3000-dən çox ağaca qulluq göstərilmiş, mövcud yaşıllıqlar suvarılmış, qazonlar  döşənmişdir. Ağaclar əkilmiş ərazilərdə abadlıq işləri aparılmiş, ərazilər məişət tullantılarından təmizlənmiş,  yeni asfalt örtüyü döşənmiş, yeni bardürlər salınmışdır.  

   
      

Paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən ümumrayon iməciliyində Nəsimi  rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və  rayonun idarə, müəssisə  və təşkilatları, ümumilikdə 800 nəfərdən  çox insan iştirak etmişdir.
       

 Nəsimi rayon ərazisində yaşıllaşdırma aksiyalarının davam etdirilməsi nəzərdə tutulmuşdur.