Nəsimi rayonunda sosial aksiyalar davam etdirilirbackend

Nəsimi rayonunda sosial aksiyalar davam etdirilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən növbəti sosial aksiya keçirilib.

Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən 1 saylı Körpələr-Uşaq evində saxlanılan valideyn himyaəsindən məhrum olmuş uşaqların gündəlik istifadələri üçün gigiyenik vasitələr və ərzaq məhsullarından ibarət sovqatlar onlara çatdırılmışdır.

Sosial qayğıya ehtiyacı olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılaraq onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az