Nəsimi rayonunda silsilə tədbirlər keçirildibackend

Nəsimi rayonunda silsilə tədbirlər keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəşid Behbudov adına Mahnı Teatrında Nəsimi rayonu Hüseyn Sarabski adına 7 nömrəli Musiqi məktəbinin məzunu Beynəlxalq müsabiqələr laureatı Amin Bünyatovun “5 Baharın Bəhəri” adlı solo konserti keçirildi.
Konsertdə Amin Bünyatovun ifasında görkəmli bəstəkarlarımızın əsərləri ifa olundu, məktəbin “dəcəl qızlar” rəqs qrupunun çıxıları nümayiş etdirildi, vətənpərvərlik ruhunda mahnılar ifa edildi.
Eyni zamanda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Dostluq körpüsü” beynəlxalq layihə çərçivəsində “Uşaqların şəhəri” adlı musiqili əyləncəli tədbir keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Gürcüstan Respublikasında fəaliyyət göstərən “Basti Bubu”  uşaq kollektivi arasında artıq neçə ildir ki, dostluq əlaqələri var. Belə ki, 2017-ci ildə “Basti Bubu” uşaq kollektivi təşkilatçılığı ilə Bakı şəhərində “Dostluq körpüsü” adlı möhtəşəm tədbir həyata keçirilmişdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbir hər iki mərkəzin bədii kollektivlərinin gözəl mahnıları, maraqlı süjetləri, seçilən rəngarəng rəqsləri və böyük konsert proqramı ilə yadda qaldı.
Tədbirdə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri, şəhid ailələrinin və valideyn himayəsindən məhrum olmuş,  sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin  şagirdləri iştirak ediblər.