Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı mənzildə əsaslı təmir işlərinə başlanılıb – Fotobackend

Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı mənzildə əsaslı təmir işlərinə başlanılıb – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda Vətən müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində şəhid Məmmədov Vüqar Elxan oğlunun ailə üzvlərinin yaşadıqları Asif Məhərrəmov küçəsi 68a ünvanındakı 3 otaqlı mənzil 49-da əsaslı təmir işlərinə başlanılıb.

TİA.AZ xəbər verir ki, RİH başçısı və rayon İcra Hakimiyyətinin məsul işçiləri qeyd olunan ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ və keyfiyyətli həlli ilə əlaqədar təmir işlərini həyata keçirən aidiyyəti şəxslərlə müvafiq müzakirələr aparıb.