Nəsimi rayonunda profilaktik reydlər davam etdirilirbackend

Nəsimi rayonunda profilaktik reydlər davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti Başçısının, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində izahetmə xəbərdarlıq işləri davam etdirilir.

Reydlər zamanı rayon ərazisində koronavirus (Covid-19) infeksiyası əlaeyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi üçün vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi bir daha sakinlərin diqqətinə çatdırılıb.

Xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilib.