Nəsimi rayonunda növbəti abad həyət istifadəyə verildi – Fotolarbackend

Nəsimi rayonunda növbəti abad həyət istifadəyə verildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində 4 girişli, 5 mərtəbəli Asif Məhərrəmov küçəsi 37 saylı yaşayış binasının fasadında, girişlərində və pilləkən qəfəslərində başlanılmış bərpa və təmir işləri başa çatdırılıb, binanın dam örtüyü və zirzəmisindən keçən kanalizasiya xətti təmir olunmuş, suaxıdıcı boru və navalçalar dəyişdirilib.

Binanın həyətinə 1200 kv.m. asfalt örtüyü, 120 kv.m. tamet, 800 kv.m. qazon vurulub, 300 p.m. yeni bardürlər qoyulub, 100 p.m. istinad divarı və pilləkən təmir olunub, yaşıllıqların suvarılması üçün 120 p.m. su xətti çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, müxtəlif növ həmişəyaşıl ağaclar və kollar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub.