Nəsimi rayonunda monitorinqlər davam etdirilirbackend

Nəsimi rayonunda monitorinqlər davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, metrostansiyalarının girişlərində və ticarət mərkəzlərində reydlər davam etdirilir.

TİA.AZ-a verilən məlumata görə, reydlər zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələri barədə müvafiq tapşırıqlar və tövsiyələr verilir. Həmçinin monitorinqlər zamanı vətəndaşlara rayonun gənc könüllüləri tərəfindən tibbi maskalar paylanılır.