Nəsimi rayonunda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilirbackend

Nəsimi rayonunda koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev koronavirus pandemiyasının yayıldığı ilk günlərdə könüllülərin vətəndaşlara dəstəyi üçün çağırış etdi. Prezident cənab İlham Əliyevin çağırışına cavab olaraq, rayon gəncləri və tələbələri “Biz birlikdə güclüyük” şüarı altında birləşərək, koronavirus pandemiyası dövründə sosial aksiyalara, kompaniyalara, layihələrə dəstək verərək birlik nümayiş etdirdilər.

Eyni zamanada rayon könüllülərinin iştirakı ilə bir çox layihələr həyata keçirilməyə başlanıldı. “Maskadan istifadə et” və “sosial məsafə gözlə”, “bir-birimizi qoruyaq!”, “böyüklərimizi qoruyaq” devizləri altıında sosial maarifləndirmə aksiyaları keçirildi.

“Bir-birimizi qoruyaq” və “Böyüklərimizi qoruyaq” devizi altında rayon könüllüləri çalışmış və eyni zamanda tənha və yaşlı insanlara İcra Hakimiyyətinin dəstəyi ilə yardımlar aparmışlar. Rayon yaşlılarının istək və arzularını həyata keçirməyə çalışmışlar.

Bildiyimiz kimi, respublikamızda koronavirusla mübarizə tədbirlərinin nisbətən yumşaldılması gözlənilir. Çox vaxt vətəndaşlar zərurət olmadan kütləvi şəkildə iri ticarət mərkəzlərinə, istirahət üçün kafe və restoranlara, parklara və mərkəzi küçələrə üz tuturlar. Könüllülər tərəfindən başladılan aksiyanın məqsədi vətəndaşları sosial məsuliyyət nümayiş etdirməyə dəvət etmək üçün maarifləndirmə işlərinin daha da genişləndirilməsi, bu istiqamətdə görülən işlərə könüllü dəstəyi göstərərək yoluxma sayının minimuma endirilməsindən ibarətdir.

Belə ki, könüllülər yuxarıda adları qeyd olunan yerlərdə, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə apararaq və bukletlər paylayaraq sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verirlər və bu aksiyanı davam etdirilər. Onlar vətəndaşları sadə preventiv qaydalara əməl etməklə özlərinin və sevdiklərinin sağlamlığını qorumağa çağırırlar.

Gənclərin potensialından daha da səmərəli istifadə etmək, cəmiyyətin bütün yerlərində gənclərin fəal iştirakına şarait yaratmaq, onlara peşəvərdişlərini aşılamaq və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, insanlarla ünsiyyətin formalaşmasını təmin etmək və könüllülük hərakatının inkişaf etdirilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif tədbirlər davam etdirilir.

Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonunda karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.

Elan olunmuş karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir.

Aksiya çərçivəsində icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir, digər şəxslərlə minimum kontaktda olmaq, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq tövsiyyə olunur.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki