Nəsimidə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilirbackend

Nəsimidə karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi  və  onun qarşısının alınması ilə bağlı  qabaqlayıcı profilaktik tədbir olaraq  rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfekasiya olunması işləri davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür.

Tətbiq edilən karantin rejimi ilə əlaqədar RİH-tərəfindən rayon ərazisində yaşayan 65 yaşdan yuxarı tənha sakinlərin, aztəminatlı və sosial qayğıya ehtiyacı olan ailələrin siyahısı dəqiqləşdirilmiş, RİH əməkdaşları tərəfindən onlarla əlaqə saxlanılaraq problemləri və ehtiyacları öyrənilmişdir. Həmin kateqoriyadan olan  daha 500 ailəyə RİH tərəfindən müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılmış, həmçinin onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Həmin ailələr mütəmadi olaraq RİH əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar bu dövrdə hər kəsi evdə qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.