Nəsimi rayonunda İlaxır çərşənbəsi günü 3 şəhid ailəsinin mənzilinin əsaslı təmiri başa çatdırılmışdıbackend

Nəsimi rayonunda İlaxır çərşənbəsi günü 3 şəhid ailəsinin mənzilinin əsaslı təmiri başa çatdırılmışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Şəhid Abdullayev İbrahim Habil oğlunun anasının yaşadığı Moskva prospekti 80 saylı, Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı Asif Məhərrəmov küçəsi 35 saylı ünvanlarında RİH tərəfindən başlanılmış abadlıq, quruculuq ve yenidənqurma işləri başa çatdırılmış, binalara şəhidlərin barelyefləri vurulmuşdur. Hazırda Şəhid Cəfərov Ruslan Gündüz oğlunun ailəsinin yaşadığı H. Seyidzadə küçəsi 28 saylı ünvanda əsaslı təmir işləri davam etdirilir.

Görülən işlər ilə yanaşı İlaxır çərşənbəsi günü Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi ev 35, mənzil 9-da, Şəhid Solnsev Dimitriy Aleksandroviçin ailə üzvlərinin yaşadığı 20 Yanvar küçəsi ev 29, mənzil 7-də, Şəhid Rzayev Hacırza Fikrət oğlunun ailəsinin yaşadığı 3-cü mikrorayon A.Mustafayev küçəsi ev 41, mənzil 28-də başlanılmış əsaslı təmir işlərinin yekunlaşması ilə əlaqədar RİH başçısı Asif Əsgərov mənzillərin təmirdən sonrakı vəziyyətləri ilə tanış olmuş, şəhid ailələrinin üzvləri ilə görüşərək onları İlaxır çərşənbəsi –torpaq çərşənbəsi münasibətilə təbrik etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlıqlarını bildirmişlər.