Nəsimi rayonunda fevral ayında  6 səyyar qəbul keçirilib-FOTObackend

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Rayonda 2020-ci ilin fevral ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir. 1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilmişdir. Qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər xüsusi qeyd edilmiş, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.