Nəsimi rayonunda daha bir abad həyət istifadəyə verildi – Fotolarbackend

Nəsimi rayonunda daha bir abad həyət istifadəyə verildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində S.Vurğun küçəsi 85, Mərdanov qardaşları küçəsi 102, və Bakıxanov küçəsi 30 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq 1000 nəfərə yaxın sakinin yaşadığı – 3 girişli, 8 mərtəbəli S.Vurğun küçəsi 85 saylı, 6 girişli, 7 mərtəbəli Mərdanov qardaşları küçəsi 102 saylı, və 6 girişli, 6 mərtəbəli Bakıxanov küçəsi 30 saylı binaların fasadları təmir olunub, ümumilikdə girişlərdə 75 ədəd pəncərə yenisi ilə əvəz edilib, giriş pilləkənləri aqlay daşla üzlənib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib.

Təmir-bərpa işləri zamanı binaların əhatə etdiyi həyətə 4000 kv.m-dən artıq asfalt örtüyü, 500 kv.m qazon, 2000 kv.m-ə yaxın tamet daşı vurulub, 1500 kv.m. istinad divarı aqlay daşla üzlənib, 800 p.m. yeni bardürlər qoyulub, 350-kub m. torpaq işləri aparılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı təhlükəli vəziyyətdə olan irigövdəli ağaclar aqrotexniki qaydada budanıb. Özbaşına quraşdırılan köşklər sökülərək ərazi sakinlərin ümumi istifadəsinə verilib.

Həyətdə işıqlandırma sistemləri yenidən qurularaq 15 nöqtədə işıq dirəkləri qoyulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.