Nəsimi rayonunda Beynəlxalq Ailə günü münasibətilə gənclərlə ziyalıların görüşü keçirilibbackend

Nəsimi rayonunda Beynəlxalq Ailə günü münasibətilə gənclərlə ziyalıların görüşü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətində 15 İyun-Beynəlxalq Ailə günü münasibətilə gənclərlə yaşlı nəslin görüşü keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, elm və mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
TİA.AZ xəbər verir ki, tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, 15 may dünyada  Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir  planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla  həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri, professor İradə Hüseynova və Nəsimi rayon Fəal və Ağbirçək Qadınlar Şurasının sədri Zərifə Quliyeva çıxışlarında Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ailə siyasətinin formalaşmasının, ailə dəyərlərini, ailə ənənələrini, milli-mənəvi dəyərlərimizə sədaqəti, uşaqların müasir səviyyədə tərbiyəsinin mühüm əhəmiyyətinin görüş iştirakçılarının diqqətinə çatdıblar.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı.