Nəsimi rayonunda  “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirildibackend

Nəsimi rayonunda “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirildi.

28 aprel 2022-ci il tarixdə Azərbaycan Tibb Universitetində Azərbaycan Tibb Universiteti Nəsimi rayon İcra Hakimiyyəti ilə  birgə  görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Ağrıyan gözlərə şəfadır əlin” adlı tədbir keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayonun səhiyyə müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları “Zirvələrə yüksələn zərif insan ömrü” filminə tamaşa etdilər.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək bildirdi ki,  Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı.

Sonra Səhiyyə Nazirinin müavini Nadir Zeynalov Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışaraq bildiriki ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım  Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır.

Ulu öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli hümanitar missiyası bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Daha sonra Paşa Qəlbinur Zərifə xanım Əliyeva ilə işlədiyi dövrdə  xoş xatirələri tədbir iştirakçıları ilə bölüşdü.

Hər il olduğu kimi bu ildə Zərifə xanım Əliyevanın anadan  olmasının ildönümü ilə əlaqədar  50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optic  göz eynəkləri təqdim edildi və 1 nəfər şagirdin hər iki gözdən  əməliyyat olunacağı qeyd olundu.

Tədbirin sonunda Bakı Musiqi Akademiyasının solisti  Əli Muradov Zərifə xanıma həsr olunmuş ana mahnısını ifa etdi.