Nəsimi rayonunda abadlıq işləri davam etdirilirbackend

Nəsimi rayonunda abadlıq işləri davam etdirilir

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər davam etdirilir.
TİA.AZ xəbər verir ki, hazırlanmış layihəyə uyğun olaraq Moskva prospekti boyunca genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri başa çatdırılıb, Moskva prospekti 46,52, 58, 62, 70, 74, 82, 86, 90, 92 və 96 saylı binaların fasadlarında bərpa və rənglənmə işləri aparılıb, binaların həyətlərində özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək ərazilər əhalinin ümumi istifadəsinə qaytarılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün Moskva prospekti 52, 74, 82 və 96 saylı binaların həyətlərinə söhbətgahlar qoyulub. Görünüşə xələl gətirən özbaşına quraşdırılmış primitiv reklamlar yığışdırılaraq ərazidə yeni yaşıllıq zolaqları salınıb, mövcud yaşıllıqlar bərpa edilib. Tbilisi prospekti boyunca istinad divarlarında bərpa və rənglənmə işləri başa çatdırılıb.

Rayon ərazisində hazırda görülən işlər sırasında “Abad Həyət” layihəsi çərçivəsində A.Mustafayev küçəsi 10, 12, Cavadxan küçəsi 10, 12, 16, 18 ünvanlarını əhatə edən ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilir.

Görülmüş işlər çərçivəsində A.Mustafayev küçəsi 10, 12 ünvanda binaların fasadları təmir edilmiş, hazırda həyət sahəsində torpaqlama işləri aparılır. Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə bir ədəd söhbətgah quraşdırılıb.

Cavadxan küçəsi 10, 12, 16, 18 ünvanlarını əhatə edən ərazidə son tamamlanma işləri aparılır, hazırda yeni asfalt örtüyünün çəkilişi davam etdirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki