Nəsimi rayonunda 2000 ailəyə qurban payları verildi – Fotolarbackend

Nəsimi rayonunda 2000 ailəyə qurban payları verildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Qurban bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib.

TİA.AZ  xəbər verir ki, aksiya zamanı rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon təşkilatının üzvlərinə, Vətən müharibəsi əlillərinə, 20 Yanvar, Çernobl əlilləri rayon ərazisində fəaliyyət göstərən digər ictimai birliklərin üzvlərinə, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinə, bütövlükdə 2000-dən artıq ailəyə qurban payları verilib.

Həmçinin aksiya zamanı rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və RİH-nin məsul əməkdaşları tərəfindən rayon ərazisində yaşayan şəhid ailələri ziyarət edilib, onlara qurban payları, ərzaq bağlamaları və maddi vəsait təqdim olunub.

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.