Nəsimi rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya – Fotolarbackend

Nəsimi rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda da Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına və yaralı hərbçilərə daim diqqət və qayğı göstərilmiş və göstərilməkdə davam edir.

20 Yanvar faciəsinin otuzbirinci ildönümü ərəfəsində Rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları tərəfindən rayonda yaşayan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən Vətən Müharibəsi Şəhidlərinin və 20 Yanvar Şəhidlərinin ailələri, həmçinin faciə zamanı əlil olmuş rayon sakinləri ziyarət olunub.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov görüşlər zamanı qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyasının ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar: “O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev verib”.

Aksiya zamanı Şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.