Nəsimi rayonu Vaqif prospektindəki park və yaşıllıq zolaqları abadlaşdırılır – Fotolarbackend

Nəsimi rayonu Vaqif prospektindəki park və yaşıllıq zolaqları abadlaşdırılır – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

TİA.AZ-ın məlumatına görə, həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca yerləşən parklarda  və yaşıllıq zolaqlarında təmir-bərpa işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazilərə tamet və qazon vurulacaq, yeni oturacaqlar qoyulacaq, parkda uşaq oyun elementləri, idman fitnes alətləri və müxtəlif idman qurğuları quraşdırılacaq.