Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub – Fotobackend

Nəsimi rayonu 2019-cu ili yüksək nailiyyətlərlə başa vurub – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub.

TİA.AZ xəbər verir ki, toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsğərov bildirib ki, keçən il Bakının Nəsimi rayonunda davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən slayd təqdim olunandan sonra Asif Əsgərov 2019-cu ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh edib.

Hesabat ilində Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi inkişafında, müəssisə və təşkilatların fəaliyyətində nəzərəçarpacaq müsbət irəliləyişlər olub.

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılıb, 9000 yeni daimi iş yeri açılıb, orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 16,9% artaraq, 762.6 manat təşkil edib.

Bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşən yeni parkda yaradılan şəraitlə tanış olmağı, metronun 28 May stansiyasının qarşısında vətəndaşlarla görüşü və Dəmir Yolu Muzeyi ilə tanış olmağı, Mehriban Əliyevanın Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə uşaqlarla görüşü, 1 nömrəli körpələr evini növbəti dəfə ziyarət etməsi 2019-cu ildə Nəsimi rayonunun ictimai-siyasi həyatında əlamətdar hadisə olub.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu il ərzində Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 23, 25, 27, Hüseyn Seyidzadə küçəsi 20, 22 24, 26, 28, Moskva pr. 46, 48, Cavadxan küçəsi 1, Cavadxan küçəsi 3, 5, 7, Asif Məhərrəmov küçəsi 34, 38, 42, 46, Rəşid Məmmədov küçəsi 9, 9 ünvanlarında “Bizim həyət” və “Abad həyət” layihələri həyata keçirilib.
Ötən tədris ilində rayonun orta məktəblərini 1574 nəfər bitirib, onlardan 1233 nəfəri tələbə adını qazanıb.

Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən yubilyarlara Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.

????????????????????????????????????