Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edildibackend

Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edildi

Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə onlayn görüş keçirilib. Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirdi ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarlımasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanılmışdır. Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olduğunu nəzər çatdırdı. Qeyd olundu ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil. Asif Əsgərov bildirdi ki, ötən illərdə Nəsimi rayon İcra Hakimyyətində könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən 4 nəfəri müvafiq işlə təmin olunmuş, 2020-ci ildə fəaliyyət göstərən könüllülərdən isə 1 nəfəri işlə təmin olunmuşdur.

Qeyd olundu ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ili “Könüllülər ili” elan edilməsi ölkəmizdə tarixi könüllülük ənənələrinə verilən yüksək dəyərdir.

Könüllü fəaliyyətinə qoşulan gənclər gələcəkdə ixtisaslı və peşəkar kadr kimi formalaşırlar. Pandemiya dövründə könüllülərin rayonda həyata keçirilən tədbirlərdə yüksək fəallıq göstərmələri, tənha, kimsəsiz və qayğıya ehtiyacı olan rayon sakinlərinə müvafiq köməkliklər göstərmələri xüsusi vurğulandı.

Görüşdə çıxış edən könüllülər – Həsənli Vüqar, Mürşüdov Hakim, Adıgözəlli Səbinə gənclər üçün yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Nəsimi rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclərə könüllü kimi 2 ay müddətində müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə iştiraklarına görə fərdi qaydada xüsusi sertifikatllar təqdim edildi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki