Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçiribbackend

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Quliyeva Flora, Musayev Şura, Mustafayeva Lalə, İsgəmdərova Şəhanə, Atakişibəyli Samirə, İbayeva Şəfəq və digərləri bir sıra məsələlərlə ilə bağlı, o cümlədən mənzil uçotuna götürülmə, qurumuş ağacın götürülməsi, həyətin işqlandırılması, piyada keçidinin təşkili, ünvanlı sosial yardım, su təchizatının yaxşılaşdırılması, binanın qəzalı vəziyyətdə olması barədə müraciətlər etdilər.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar, sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxsləri iştirak etmiş, müraciətlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir.