Nəsimi rayon İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilmişdibackend

Nəsimi rayon İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilmişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Gülarə xanım Verdiyevanın sədrliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşlarının və bir qrup rayon könüllülərinin iştirakı ilə videomüşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01-17 may 2020-ci il tarixlərində keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə videomüşavirə iştirakçılarına geniş məlumatlar verilmişdir. 2018-ci ildən başlanmış islahatların 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələri əhatə etməsi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, aparılan kadr islahatları bütün kadrların qarşısına yeni vəzifələr qoyur. Bu günkü kadr islahatlarının əsas xətti onu göstərir ki, korrupsiya ilə mübarizədə hər kəs daha mübariz olmalı və vətəndaş-məmur münasibətləri daha faydalı prinsiplər üzərində qurulmalıdır.

Həmçinin videomüşavirə iştirakçılarına Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətinə dair ətraflı məlumatlar verilərək Könüllülərin cəmiyyətimizdə xüsusi yerinin olduğunu vurğulanmış, respublikamızda, o cümlədən Nəsimi rayonunda da könüllülərdən ibarət təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.

Natiq Könüllüləri rayonun ictimai işlərində daha da fəal olmağa çağırmışdır.

Müşavirədə çıxış edən könüllülər belə müşavirələrin əhəmiyyətini xüsusi qeyd edərək gələcəkdə də rayonun ictimai işlərində fəal iştirak edəcəklərini bildirdilər