Nəsimi rayon Ağsaqqalları, şəhid ailələri “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət etdilərbackend

Nəsimi rayon Ağsaqqalları, şəhid ailələri “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ümummmilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir.

Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də bir sıra tədbirlər keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər keçirilir, onların istək və təklifləri nəzərə alınır, yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

İyun ayının 14-də bir qrup, Ağsaqqallar, şəhid ailələri Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olmuşlar. Çay süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqaları, şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.