Nəsimi İH-də ötən ilin yekunları müzakirə edilib – Fotobackend

Nəsimi İH-də ötən ilin yekunları müzakirə edilib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Avropa otelində keçirilən 2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. 

TİA.AZ xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Nuru Əhmədov bildirib ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra abadlıq işləri aparılıb, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunub, “Abad həyət” və “Bizim Həyət” layihələri çərçivəsində geniş işlər görülüb, yeni yaşıllıq zolaqları salınıb. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulub, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılıb.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib Prezident İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.

Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 20-dən çox səyyar qəbul və görüşlər keçirib, qəbullarda sakinlər tərəfindən qaldırılmış problemlər rayon İcra Hakimiyyəti Başçısının verdiyi tapşırıqlara əsasən həll edilib, bəzi məsələlərə isə aydınlıq gətirilməsi üçün müvafiq izahatlar verilib.

Hesabat yığıncağında sakinləri maraqlandıran suallar cavablandırılıb.