Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİbackend

Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi Prokurorluq aprelin 29-da nəşi tapılan şəhidimiz haqda rəsmi məlumat yayıb. 

Tİa.az-a daxil olan məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Qeyd edək ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Əli Yusifovun 24 yaşı olub. Şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan Əli nişanlı idi.