Nərminin qatili saxlanıldı? – DİN -dən açıqlamabackend

Nərminin qatili saxlanıldı? – DİN -dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

TİA.AZ  xəbər verir ki, bunu “teleqraf.com”a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.

Həmçinin Tovuz rayonunun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən Nərmin Quliyevanın qatilinin 36 yaşlı İlkin Süleymanov olduğu bildirilib.  Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.

Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

“Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin qohumu olması və saxlanılması barədə yayılan məlumatlar doğru deyil”.

Bu barədə “axar.az” açıqlamasında Nərmin Quliyevanın əmisi Lətif Quliyev məlumat verib. O bildirib ki, nə qohumlarından, nə də digər şəxslərdən heç kim saxlanılmayıb.

Mərhumun dayısı açıqlamasında yayılan məlumatları təkzib edib: “Nərminin İlkin adlı yeganə qohumu mənəm və 40 yaşım var. Nərmin mənim dayımın nəvəsidir. Mən də ailəli şəxsəm. Həbs edilməyim barədə yayılan məlumatlar əsassızdır”.