Nərimanovda ağacların kəsilməsinə görə sahə rəisi cəzalandırıldı – VİDEObackend

Nərimanovda ağacların kəsilməsinə görə sahə rəisi cəzalandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 (Madonun arxası) ünvanında iri gövdəli ağaclar kəsilərək məhv edilib.

Hadisə ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub.
Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb.